+
KATEQİYALAR
KUZOV TİPİNƏ GÖRƏ
100 Nöqtə Yoxlanışı
Avtomobil almaq ciddi işdir, amma çətin deyil. Təmiz və ürəyinizcə olan avtomobil almaq üçün günlərinizi ayırıb tanış usta axtararaq avtomobilinizi yoxlatmağınıza artıq ehtiyac yoxdur. Biz sizin əvəzinizə avtomobilin 100 nöqtə yoxlanışını həyata keçiririk.
"100 Nöqtə" yoxlanışı avtomobilin dəyərinə təsir edə biləcək; kuzov və boya vəziyyətinin, mühərrik və mexaniki hissələrin Otomall servis heyəti tərəfindən dəqiq yoxlanıldığı özəl bir prosesdir. Beləcə avtomobilin əvvəlki və mövcud vəziyyəti analiz edilir, hesabat hazırlanır və müştərilərə təqdim edilir. Necə deyərlər, 100 yoxlayıb, 1 alırıq.
KREDİT
Partnyorumuz City Finance BOKT-un cəlbedici kredit və ödəniş şərtləri Otomall-un dəqiq xidmətilə sizlərə təqdim edilir. Siz Otomall-un satış mərkəzinə yaxınlaşaraq qısa zaman ərzində kredit əldə edə bilərsiniz.
Peşəkar satış və kredit mütəxəssislərimiz bəyəndiyiniz avtomobili ən qısa yol və qısa müddət ərzində əldə etmənizi təmin edəcək.
Bütün kredit əməliyyatlarınız bir ofisdə baş tutur və etibarlı şəkildə tez və zəhmətsiz formada avtomobilinə sahib olursunuz.
Qiymətləndirmə
Otomall-un avtomobil qiymətləndirmə aləti çox özəl alqoritm və süni zəkanın yardımı ilə nəticələnən bir prosesdir. Sizin avtomobilinizin bazar dəyərinin hesablanması və ilkin təklifin verilməsilə nəticələnən bu xidmət, məhz rahatlığınız üçün hazırlanmışdır.
Online qiymət təklifimizdən sonra servisimizə yaxınlaşırsınız, avtomobilinizin vəziyyəti mütəxəssislərimiz tərəfindən yoxlanılır, qiymətdən xoşunuz gəlmirsə, avtomobilinizi satmaq məcburiyyətində deyilsiniz.
Qiymət təklifi avtomobiliniz haqqında verdiyiniz məlumatlara əsaslanır. Təklif almaq üçün avtomobiliniz haqqında tələb olunan məlumatları bizə verməyiniz kifayət edir. Əgər servisdə yoxlanış zamanı qeyd etdiyinizdən daha fərqli bir nüans aşkarlanarsa, qiymət təklifi qüvvədən düşür və ya dəyişir.
Qiymət təklifimiz bir (1) iş günü müddətində etibarlıdır. Əgər qiymət təklifinizi yenidən almaq istəsəniz, avtomobiliniz haqqında məlumatları yenidən yerləşdirməlisiniz. Lakin nəzərə almalısınız ki, eyni qiymət təklifini almağınızı vəd etmirik, bazarın dəyişən qiymət tendensiyasına uyğun hər dəfə qiymətlərimiz yenidən hesablanır.
Əgər sizə verdiyimiz qiyməti bəyəndinizsə, TƏKLİF AL düyməsinə klik etməyiniz kifayət edir. Beləcə peşəkar ekspertlərimiz dərhal sizinlə əlaqə saxlayacaq və sizə uyğun görüş tariximizi dəqiqləşdirəcəklər. Məlumatlar sizə zəng, elektron poçt və SMS formatında göndərilə bilər. Avtomobiliniz sizin yanınızda peşəkar ustalarımız tərəfindən yoxlanılır, yoxlanış nəticələrinin sizin verdiyiniz məlumatlara uyğunluğu təhlil edilir. Əgər təklif xoşunuza gəlməsə, alqı-satqıdan imtina edə bilərsiniz.
Qeyd etmək istəyirik ki, həftədə yalnız bir dəfə qiymət təklifi ala bilərsiniz.
BARTER
Barter xidmətimizdəki şansları diqqətinizə çatdırmaq istəyirik.
Köhnəni ver, Yenisini apar
Köhnə avtomobil ilkin ödəniş kimi
Köhnə avtomobilinizi verin,
Amerikadan sifariş edin
Köhnə avtomobilinizi verin,
Avropadan sifariş edin
Köhnə avtomobilinizi verin,
Koreyadan sifariş edin
Sınaq Yürüşü
Sizcə hansı avtomobil sizin üçün daha uyğun olar? Bəlkə "test" edək?
Sizə uyğun olan avtomobili seçmək üçün sınaq yürüşü xidmətində də yararlana bilərsiniz. Otomall şirkətinin xidmətlər dünyasında addımlayaraq sınaq yürüşü edə biləcəyiniz bütün avtomobillərlə tanış ola bilərsiniz.
Təklif etdiyimiz avtomobilləri həqiqi yürüş şəraitində sınaqdan keçirin. Avtomobilin dizaynını incələyin, rahatlığından zövq alın, avadanlıqları sınaqdan keçirin və yürüşün dadını çıxarın.
Bütün bu bənzərsiz hissləri bu saytda təsvir etmək mümkün deyil. Seçdiyiniz avtomobil ilə sınaq yürüşü edərək bütün suallaranıza cavab tapa bilərsiniz: Salonun təmizliyi, sürücünün rahatlığı, səssiz işləyən mühərrik, avtomobilin yol ilə təması və s.
Sınamaq istədyiniz modeli seçin, əlaqə nömrənizi qeyd edin, nə zaman uyğun olacağınızı və saatı bizə bildirin. Sınaq yürüşü günümüzü onlayn formada dəqiqləşdirək və yolunuzu gözləyək.
Sifariş Ver
Ölkədaxili, Amerika, Asiya və Avropadan istədiyiniz avtomobili sizin üçün tapırıq. Peşəkar ekspertlərimiz tərəfindən yoxlanışdan keçir. Üstəlik siz nağd və kreditlə avtomobili əldə edə biləcəksiniz.
Könlünüzdən keçən avtomobili əldə etməyiniz üçün lazım olan bütün şəraiti yaradırıq. Sizə bircə sevdiyiniz avtomobili seçmək və ürəyiniz istədiyi kimi sürmək qalır.
Sizə zəng edərək görüş təyin edəcəyik, beləcə sifarişin detallarını müzakirə edə biləcəyik.
Sizin istəklərini tam öyrənib qarşılamaqdan məmnun olarıq.
Avtomobil alqı-satqısı və sifariş prosesi istək və ehtiyaclarınızı müəyyənləşdirməklə başlayan, satış və satışdan sonrakı xidmətlər ilə davam edən əziyyətsiz bir təcrübədir. "Müştəri məmnuniyyəti" prinsipi ilə hazırlanmış bütün proseslərin hər mərhələsində sizi bir şirkət əməkdaşı qarşılayacaq və "alverçi" narahatçılığından xilas olacaqsınız; Otomall "gözlədiyinizdən də artıq" xidmət prinsipini özünə məqsəd tutmuşdur.
Müraciətiniz qeydə alındı, qısa zaman ərzində sizinlə əlaqə saxlanılacaq. TƏŞƏKKÜR EDİRİK!
Anketimizi doldurun və avtomobilinizə qiymət təklifini ən qısa zamanda və əziyyətsiz alın.
Sürətli, etibarlı və
əziyyətsiz ödəniş
Vaxtınızı qənaət edin, gəlin,
sürətli avtomobil satış
təcrübəsini bizimlə yaşayın
Xidmətimiz tamamilə
ödənişsizdir.
Bizdən təklif, sizdən təsdiq. Ortaq
məxrəcə gələ bilməsək, imtina edə
bilərsiniz.